17 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu ilin yanvar-oktyabr ayları ərzində 310 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bu ilin yanvar-oktyabr ayları ərzində 310 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 310 mindən çox mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% artım deməkdir.

Qeydiyyata alınan mülkiyyət hüququnun 58 mindən çoxu (18,7%) ilkin, 252 mindən çoxu (81,3%) isə təkrar qeydiyyatın payına düşür.

Göstərilən dövr ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı üzrə 0,7%, alqı-satqı üzrə 10,1%, vərəsəlik üzrə 4,3%, bağışlama üzrə 15%, digər əməliyyatlar üzrə aparılan qeydiyyatların sayında isə 16,7% artım müşahidə olunub.

Eyni zamanda, əvvəllər yaranmış hüquqlar üzrə qeydiyyatların sayında 25% azalma qeydə alınıb. Bu azalma tempi əsasən “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2021-ci il tarixli Fərmanının icrasının yekunlaşması ilə bağlıdır.

Ötən ilin eyni dövrü ilə müqayisədə mənzillər üzrə aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatı 1,7%, fərdi yaşayış və bağ evləri üzrə 14,7%, qeyri-yaşayış sahələri üzrə 11,6%, qeyri-yaşayış binaları üzrə 10,3% artım, çoxmərtəbəli yaşayış binaları üzrə 21,4%, əmlak kompleksi kimi müəssisələr üzrə 9,7%, torpaq sahələri üzrə isə 0,5% azalma müşahidə olunub.

Qeydiyyata alınmış mülkiyyət hüquqlarının 90.905-i (29,3%) Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Dövr ərzində 56.878 ipoteka və 6.577 yüklülüyün (icarə və istifadə) dövlət qeydiyyatı aparılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,9% və 12,6% artım deməkdir.

Bu dövrdə daşınmaz əmlak obyektləri üzrə 219.018 texniki pasport tərtib edilib

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?