11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı Sammitdə iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəldi.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevi, Sammitdə iştirak edən digər dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitinin iştirakçıları birgə foto çəkdirdilər.

Sammit bədii hissə ilə başladı.

Sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoni Quterreş, Avstraliya İttifaqının Baş naziri Entoni Albaniz, Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli, Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdilər.

Türkiyə Prezidenti çıxışında əvvəlki COP sədrliklərinin təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkürünü bildirdi.

AZƏRTAC

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?