17 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək

2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək

2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək. Aqrar Subsidiya Şurasının qərarına əsasən, ölkədə ilk dəfə tətbiq edilən bu mexanizm fermerlərin toxum, gübrə, yanacaq və aqrotexniki xidmətlərlə bağlı ilkin xərclərini qarşılamaq məqsədilə əkin işləri başa çatmadan əvvəl maliyyə dəstəyi almasına imkan yaradır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, gözlənilən subsidiyanın 30 faizi əvvəlcədən ödəniləcək, əkin faktı təsdiqləndikdən və müvafiq prosedurlar tamamlandıqdan sonra qalan 70 faizlik hissə növbəti il fermerin hesabına köçürüləcək.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən qəbul edilən müraciətlər payızlıq əkinlər üçün noyabr ayının sonunadək, yazlıq əkinlər üçün isə 2027-ci ilin fevral–mart aylarında əkin bəyanı ilə eyni vaxtda sistemə daxil edilməlidir.

Avans subsidiyasından Aqrar Subsidiya Şurasının təsdiqlədiyi siyahıya daxil olan birillik bitkiləri becərən, EKTİS-də fermer reytinqi 30 baldan yüksək olan, çıxarışlı 5–100 hektaradək əkin sahəsinə malik və həmin sahə üzrə yalnız bir əkin bəyanı təqdim edən istehsalçılar yararlana bilərlər.

Tam rəqəmsal əsaslarla aparılan proses çərçivəsində fermerlər sahələrini koordinatları ilə birlikdə bəyan etməlidirlər. Müraciətlər yalnız əkin hazırlığı (şum) işlərinin aparıldığı süni intellekt texnologiyaları vasitəsilə təsdiqləndikdən sonra qəbul olunacaq və fermerlər bu yoxlama nəticələrini, eləcə də reytinq göstəricilərini elektron kabinetlərində izləyə bilirlər.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?