21 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarların diqqətinə!

Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə biznesin qurulması və inkişafı ilə bağlı aşağıdakı dəstək və xidmətlərdən yararlanmaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) bölgədə fəaliyyət göstərən xidmət şəbəkəsinə müraciət edə bilərlər.

Xidmət şəbəkəsi tərəfindən sahibkarlara və biznesə başlamaq istəyənlərə aşağıdakı xidmətlər təqdim olunur:

- regionun iqtisadi potensialı və investisiya imkanları barədə məlumatların təqdim edilməsi;

- sahibkarlıq fəaliyyətinə dəstək verən dövlət alətləri, güzəştlər və vergi azadolmaları haqqında ətraflı informasiya təminatı;

- biznesə başlamaq və inkişaf etdirmək üçün peşəkar məsləhət xidməti;

- müvafiq dövlət qurumları ilə əlaqələrin qurulması və koordinasiyası üzrə dəstək;

- sahibkarların hüquq və qanuni maraqlarının müdafiəsi və digər xidmətlər.

Region üzrə KOBİA-nın xidmət infrastrukturu aşağıdakı şəhər və rayonları əhatə edir:

- Laçın şəhəri - Bərpa Tikinti və İdarəetmə Xidmətinin inzibati binası (Heydər Əliyev küçəsi, giriş 172);

- Zəngilan rayonu, Ağalı kəndi – Dövlət Xidmətləri Mərkəzi;

- Kəlbəcər şəhəri - DOST Mərkəzinin inzibati binasında xidmət mərkəzi;

- Füzuli şəhəri - Qarabağ Regional DOST Mərkəzinin Füzuli xidmət məntəqəsində xidmət pəncərəsi;

- Şuşa şəhəri - Dövlət Xidmətləri Mərkəzində “Şuşa KOB evi”.

Sahibkarları işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından faydalanmağa və biznesin qurulması və inkişafı üçün dövlət dəstəyi mexanizmlərindən aktiv şəkildə istifadə etməyə dəvət edirik!

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?