16 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik” mövzusunda tədbir keçirilib. 15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar təşkil olunmuş tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarlıq subyektlərinin nümayəndələri və digər maraqlı tərəflər iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev, Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Toğrul Əliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyevin çıxışları dinlənilib.

Çıxışlar zamanı müasir dövrdə istehlakçı hüquqlarının müdafiəsinin əhəmiyyəti və əhatə dairəsi, rəqəmsal iqtisadiyyatın inkişafı fonunda elektron ticarət və rəqəmsal xidmətlər sahəsində yaranan yeni imkan və çağırışlar barədə məlumat verilib. Bildirilib ki, son illərdə ölkəmizdə elektron ticarətin genişlənməsi ilə paralel olaraq rəqəmsal mühitdə yaranan istehlak münasibətləri ilə bağlı müraciətlərin sayında da artım müşahidə olunmaqdadır. Sözügedən istiqamətdə istehlakçıların maarifləndirilməsi, xüsusilə onların maliyyə savadlılığının artırılması və təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin müvafiq sahədə baş verə biləcək kibercinayətkarlıq hallarının qarşısının alınması üçün dövlət qurumları, özəl sektor və digər maraqlı tərəflərin birgə fəaliyyətinin önəmi vurğulanıb.

Tədbir çərçivəsində istehlakçıların hüquqi savadlılığının artırılması məqsədilə Agentlik tərəfindən yaradılmış “Istehlakchi.gov.az” (https://istehlakchi.gov.az/az) platformasının təqdimatı həyata keçirilib, bu internet resursunun təqdim etdiyi imkanlar barədə geniş məlumat verilib.

VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?