25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad olunmuş ərazilərdə “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunacaq

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 12 məntəqədə “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunacaq.

Yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir.

Yarmarkalarda 25 regiondan iştirak edəcək 146 fermer 145 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.

Novruz yarmarkaları 09:00-dan 19:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının yanı) ünvanı ilə yanaşı, regionlar da daxil olmaqla ümumilikdə 11 əlavə məntəqədə təşkil ediləcək.

Belə ki, 13–17 mart tarixlərində paytaxtın müxtəlif ərazilərində – “Əhmədli”, “Neftçilər”, “Nəriman Nərimanov”, “Azadlıq prospekti” və “Elmlər Akademiyası” metrostansiyalarının çıxış hissələrində, eyni zamanda, regionlarda - Sumqayıt şəhəri (Kimyaçı mədəniyyət sarayının qarşısı), Xankəndi şəhəri (Tələbə şəhərciyinin yanı), Ağdaş şəhəri Heydər Əliyev prospekti 541 və Abşeron rayonunun Mehdiabad qəsəbəsində “Qarant” yaşayış kompleksi ərazisində Novruz bayramı yarmarkaları fəaliyyət göstərəcək.

Bundan əlavə, 16 mart tarixində Cəbrayıl rayonunun Horovlu kəndində, 17 mart tarixində isə Zəngilan rayonunun Ağalı kəndində səyyar yarmarkalar təşkil olunacaq.

Qeyd edək ki, keçiriləcək “Kənddən şəhərə” Novruz yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaq.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?