16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazaxıstan “yaşıl enerji”nin Avropaya ixracı üçün sazişi ratifikasiya edib

Qazaxıstan Parlamenti (Məclis) Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında “yaşıl enerji”nin Avropaya ixracı üçün vahid dəhlizin yaradılmasını nəzərdə tutan strateji tərəfdaşlıq sazişini ratifikasiya edib.

Qazaxıstan mətbuatının yaydığı məlumata görə, Bakıda keçirilən COP-29 sammitində rəsmən işə salınan layihə ekoloji cəhətdən təmiz elektrik enerjisinin, hidrogenin və ammonyakın genişmiqyaslı ötürülməsini nəzərdə tutur. Layihənin mərkəzi texnoloji həlqəsi Xəzər dənizinin dibi ilə yüksək gərginlikli sualtı sabit cərəyan kabelinin çəkilməsi olacaq ki, bu da enerjinin oxşar Qara dəniz layihəsi vasitəsilə birbaşa Avropa ölkələrinə ixracına imkan verəcək.

Hazırda layihənin icrası aktiv fazaya keçib. Texniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması layihənin yekun texniki parametrlərini və maliyyə modelini müəyyən edəcək İtaliyanın “CESI” konsaltinq şirkətinə həvalə olunub. TİƏ-nin hazırlanması Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının ayırdığı 2 milyon dollar qrant hesabına maliyyələşdirilir. Əməliyyat idarəetməsi və işlərin koordinasiyası üçün üç ölkənin sistem operatorları tranzit infrastrukturunun formalaşdırılması üzrə fəaliyyətlərini müntəzəm olaraq sinxronlaşdıran “Green Corridor Alliance” birgə müəssisəsini yaradıblar.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?