24 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

12 məntəqədə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 12 məntəqədə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq.

11 gün fasiləsiz davam edəcək yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir.

Yarmarkalarda 25 regiondan iştirak edəcək 147 fermer 150 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Yarmarka 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanı ilə yanaşı, ümumilikdə 12 məntəqədə fəaliyyət göstərəcək.

Belə ki, 13-17 mart tarixlərində paytaxtın müxtəlif ərazilərində - “Əhmədli”, “Neftçilər” “Nəriman Nərimanov”, “Elmlər Akademiyası” və “Azadlıq” metro stansiyalarının yaxınlığında, həmçinin Abşeron rayonu Mehdiabad qəsəbəsi “Qarant” Yaşayış Kompleksində yarmarkalar təşkil olunacaq. Eyni zamanda Sumqayıt, Xankəndi və Ağdaş şəhərlərində (Ağdaş şəhərində yeni bazar ərazisində) Novruz yarmarkalarının təşkili nəzərdə tutulur.

Bundan əlavə, 16 mart tarixində Cəbrayıl rayonunun Horovlu kəndində, 17 mart tarixində isə Zəngilan rayonunun Ağalı kəndində bir günlük səyyar yarmarkalar təşkil olunacaq.

Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?