16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Berlində Azərbaycanın turizm potensialı təqdim edilib

Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndələri Berlində 20 ölkənin müvafiq dövlət qurumlarının rəhbərlərini bir araya gətirən BMT Turizm Nazirlər Sammitində iştirak ediblər.

Sammit çərçivəsində Özbəkistanın Turizm Komitəsinin rəhbərliyi ilə ikitərəfli görüş keçirilib. Tərəflər hədəf bazarlarda təşviqat strategiyalarına dair fikir mübadiləsi aparıb və 2025-ci ilin aprel ayında iki ölkənin milli turizm strukturları arasında imzalanmış Əməkdaşlıq Memorandumu müddəalarının icra vəziyyətini təhlil ediblər. Danışıqların yekunu olaraq tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə əlavə alətlərin tətbiqinə dair razılıq əldə olunub.

Səfər proqramına, həmçinin Azərbaycanın Almaniyadakı səfirliyində alman turizm sənayesinin nümayəndələri ilə görüş də daxil edilib. İştirakçılara Azərbaycanın turizm potensialı və ölkədə keçiriləcək irimiqyaslı beynəlxalq tədbirlərin qrafiki barədə ətraflı məlumat verilib. Tədbir sahə peşəkarları üçün sual-cavab sessiyası ilə yekunlaşıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?