21 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan zəfəranının qlobal bazarlara ixracı genişləndirilir

“Azexport” portalı ilə zəfəran məhsulları istehsalçısı “Absheron Saffron” şirkəti arasında işgüzar görüş keçirilib.

Görüşün əsas məqsədi Azərbaycanda istehsal olunan zəfəran və ondan əldə edilən müxtəlif təyinatlı məhsulların Amerika Birləşmiş Ştatları, Avropa və ərəb ölkələrinin bazarlarına çıxarılması istiqamətində birgə əməkdaşlığın qurulmasıdır.

Görüş zamanı “Made in Azerbaijan” brendinin dünyada tanıdılması istiqamətində atılan addımlar çərçivəsində Abşeron zəfəranının unikal keyfiyyət göstəriciləri ətrafında müzakirələr aparılıb. Bildirilib ki, dəniz iqlimi və yodla zəngin münbit torpaqlarda yetişdirilən Abşeron zəfəranı qlobal bazarlarda ən yüksək premium seqmentdə rəqabət aparmaq potensialına malikdir.

Əməkdaşlıq çərçivəsində “Absheron Saffron” şirkətinin istehsal etdiyi xam zəfəranla yanaşı, zəfəranlı bal, müxtəlif çeşiddə meyvə və gül mürəbbələri, kosmetik vasitələr (krem, sabun, gül vannası və s.) və digər məhsulların ixrac coğrafiyasının “Azexport” portalının imkanları vasitəsilə genişləndirilməsi nəzərdə tutulur. Görüşdə məhsulların hədəf bazarların tələblərinə uyğunlaşdırılması, qlobal e-ticarət platformalarında beynəlxalq satışının təşkili və logistika zəncirinin qurulması üzrə ortaq fəaliyyətə dair razılıq əldə olunub.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?