21 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pərviz Şahbazov: “2026-2029-cu illərdə dörd “upstream” layihəsinin istismara verilməsi üzərində işləyirik”

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası “Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl Enerji Layihələri” üzrə 3 plenar sessiya ilə davam edib.

“Nazirlər sessiyası”nda çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, dünya sürətlə süni intellekt, data mərkəzləri və rəqəmsallaşma ilə şərtlənən “elektrik əsri”nə qədəm qoyur və artan enerji tələbatının etibarlı qarşılanmasında təbii qaz strateji rol oynayır. O, qazın onilliklər ərzində enerji təhlükəsizliyinin əsas sütunlarından biri olaraq qalacağını və vaxtında investisiyaların vacibliyini vurğulayıb. Azərbaycandan Avropaya təbii qaz tədarükünün 2021-ci illə müqayisədə 56 faiz, Trans-Adriatik Boru Kəmərinin ötürmə gücünün isə 1,2 milyard kubmetr artırılması, eləcə də qaz təchizatı şəbəkəsinin Cənub-Şərqi Avropadan Yaxın Şərq və Mərkəzi Avropaya qədər genişləndirilməsi müsbət məqamlar kimi qeyd olunub. Ötən il 25,2 milyard kubmetr qaz ixracının strukturunda Avropanın payının təxminən 51 faiz, Türkiyə, Gürcüstan və Suriyanın ümumilikdə payının isə 49 faiz təşkil etdiyi diqqətə çatdırılıb.

“Azərbaycan Avropa üçün etibarlı təchizatçıdır və qazımıza tələbat yüksək olaraq qalır. Lakin genişlənmə üçün tələbat tərəfdən institusional və maliyyə dəstəyi hələ də kifayət deyil. Hazırda dörd “upstream” layihəsinin 2026-2029-cu illərdə istismara verilməsi üzərində işləyirik. Bu il “Azəri-Çıraq-Günəşli”də sərbəst qazın işlənməsi layihəsi çərçivəsində ilk qazın hasilatını gözləyirik. Həmçinin quruda və dənizdə daha dörd kəşfiyyat layihəsi həyata keçirilir. Bütün bunlar, eləcə də BƏƏ-nin ADNOC (XRG) şirkətinin Cənub Qaz Dəhlizində səhmdara çevrilməsi kimi müsbət irəliləyişlərə baxmayaraq, Avropaya tədarük artımının əhəmiyyətli şəkildə təmin edilməsi üçün konkret maliyyə mexanizmləri ilə dəstəklənən aydın və uzunmüddətli siyasət çərçivəsi tələb olunur”, - deyə nazir əlavə edib.

Nazir daxili istehlak, ixrac və data mərkəzlərinin enerji təminatı məqsədilə ümumilikdə 8 QVt həcmində bərpa olunan enerji güclərinin və “Xəzər-Qara dəniz-Avropa”, Naxçıvandan birbaşa və Ermənistan üzərindən keçməklə “Azərbaycan-Türkiyə-Avropa”, “Transxəzər” və “Şərq-Qərb” yaşıl enerji dəhlizləri və interkonnektor layihələrinin yaradılması ilə bağlı hazırkı vəziyyəti də diqqətə çatdırıb. Bu regionlararası enerji bağlantıları və elektrik enerjisi vasitəsilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha gücləndirəcəyi vurğulanıb.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?