21 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Azərbaycan–İtaliya biznes və investisiya əlaqələri” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) uzun müddətdir əməkdaşlıq etdiyi, İtaliyanın özəl səhmlərin idarə olunması üzrə aparıcı şirkətlərindən biri olan “Fondo Strategico Italiano” (FSI) və onun təşəbbüsü ilə müxtəlif sektorları təmsil edən, eləcə də Azərbaycan bazarında əməkdaşlıq imkanlarını dəyərləndirən italyan şirkətlərinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan - İtaliya biznes və investisiya əlaqələri” mövzusunda tədbir keçirilib.

Fondun məlumatına görə, tədbir iki ölkə arasında strateji investisiya tərəfdaşlığının dərinləşdirilməsi, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birbaşa işgüzar əlaqələrin qurulması və dayanıqlı iqtisadi əməkdaşlıq platformasının yaradılması məqsədi daşıyıb.

Tədbirdə bir sıra dövlət qurumlarının rəhbər nümayəndələri, eləcə də Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi və koordinasiyası ilə cəlb olunmuş özəl sektorun yüksək səviyyəli təmsilçiləri iştirak ediblər.

Tədbirin açılış mərasimində ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Anar Axundov və İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko çıxış ediblər.

Daha sonra AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “FSI”-in baş icraçı direktoru Maurizio Tamagnini isə təqdimatla çıxış edərək iki ölkə arasında investisiya əməkdaşlığının prioritet istiqamətləri barədə ətraflı məlumat veriblər.

Çıxışlarda Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, prioritet sektorlar üzrə investisiya imkanları, əlverişli biznes mühiti və institusional əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub.

Tədbir müddətində iştirakçılar arasında qarşılıqlı müzakirələr aparılıb, konkret sektorlar üzrə əməkdaşlıq imkanları dəyərləndirilib və ikitərəfli görüşlər təşkil olunub.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?