16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hüquqmüəyyənedici sənədlərlə kadastr məlumatları arasında fərqlərə dair araşdırma proseduru sadələşdirilib

Daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün vətəndaşlar tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq kateqoriyası bəzi hallarda dövlət kadastrında əksini tapan torpaq kateqoriyasından fərqlənir. Belə uyğunsuzluqların aradan qaldırılması məqsədilə qanunvericilikdə dəyişikliklər edilib.

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 14 iyul 2025-ci il tarixində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna və 9 fevral 2026-cı il tarixində Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli Qərarına edilmiş dəyişikliklərə əsasən, qeydiyyat orqanı tərəfindən belə fərqlər aşkar olunduğu təqdirdə, qeydiyyat orqanı 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparır. Bundan sonra torpaqayırma qərarları, kadastr xəritələri və digər hüquqi-texniki xarakterli sənədlər yoxlanılır, uyğunsuzluğun yaranma mənbəyi və məlumatların düzgünlüyü aydınlaşdırılır.

Vətəndaşlar tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən kateqoriya ilə bağlı məlumatların doğruluğu təsdiq edildikdə, daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər olunur. Əks halda hüquqların qeydiyyata alınmasından imtina edilir.

Bu prosedur vətəndaşların hüquqlarının daha səmərəli şəkildə həyata keçirilməsinə, daşınmaz əmlakın dövlət reyestrində və kadastrındakı məlumatların dəqiqləşdirilməsinə imkan verir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?