21 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gürcüstan və Türkiyə ilə iqtisadi əməkdaşlıq müzakirə olunub YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstana səfəri çərçivəsində bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri xanım Mariam Kvrivişvili və Türkiyənin ticarət naziri Ömər Bolatla görüşlər keçirib. Görüşlərdə iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Mariam Kvrivişvili ilə görüşdə Azərbaycan–Gürcüstan iqtisadi tərəfdaşlığının şaxələndiyi və regional layihələr çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirildiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan-Gürcüstan tərəfdaşlığı ilə reallaşdırılan layihələr regionun inkişafı üçün önəm kəsb edir. Tərəflər işgüzar əlaqələrin gücləndirilməsi istiqamətində birgə fəaliyyətin perspektivlərini, ticarət, enerji, nəqliyyat, tranzit və digər sahələrdə işbirliyinin gündəliyində olan prioritet məsələləri nəzərdən keçiriblər.

Türkiyənin ticarət naziri Ömər Bolatla görüşdə vurğulanıb ki, bütün istiqamətlərdə uğurlu strateji tərəfdaşlıq həyata keçirilir. Ölkələrimizin iştirakı və təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı layihələr bölgənin mənzərəsini dəyişir. Azərbaycan-Türkiyə birliyi qardaş ölkə ilə enerji sahəsində nəhəng layihələrin həyata keçirilməsində də özünü bariz şəkildə göstərir. Türkiyə ilə iqtisadi-ticarət əməkdaşlığı da genişlənir. Bununla yanaşı, qarşılıqlı ticarətin artırılması üçün böyük imkanlar var və bu yöndə hədəflərə nail olunması üçün səylərin daha da gücləndirilməsi önəmlidir. Görüş zamanı iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların davamlı artırılması, biznes əlaqələrinin təşviqi üzrə hüquqi bazanın təkmilləşdirilməsi, enerji, sənaye, nəqliyyat, logistika, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi barədə müzakirələr aparılıb. Müzakirələr çərçivəsində tərəflər arasında Türkiyə ilə imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olunub.

-----

16:13

“Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu çərçivəsində Türkiyənin ticarət naziri Ömər Bolat ilə görüşmək xoş oldu.

Dost ölkə ilə iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin və investisiyaların davamlı olaraq artırılması, biznes əlaqələrinin təşviqi üzrə hüquqi bazanın təkmilləşdirilməsi, enerji, sənaye istehsalı, nəqliyyat, logistika, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi haqqında fikir mübadiləsi apardıq. Müzakirələr çərçivəsində Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olundu”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?