21 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan banklarında aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması MHBS-yə uyğunlaşdırılır

Mərkəzi Bankın İdarə Heyəti tərəfindən banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının 9-cu Standartına (MHBS 9) uyğunlaşdırılması məqsədilə “Aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasında MHBS 9-un tətbiqi üzrə Metodoloji Rəhbərlik” (Metodoloji Rəhbərlik (https://uploads.cbar.az/assets/93968292987fc27975a90fcfd.pdf)) təsdiqlənib.

Mərkəzi Bankın məlumatına görə, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icrası üzrə təsdiqlənən Metodoloji Rəhbərliyin tətbiqi MHBS standartlarının prudensial tənzimləmə və hesabatlılığına inteqrasiyada ilk addımlardan biridir. Metodoloji Rəhbərliyin tətbiqi prudensial tənzimləmənin qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğunu təmin etməklə yanaşı, bank sistemində hesabatlılıq və şəffaflığın, o cümlədən beynəlxalq müstəvidə banklar arasında müqayisəliliyin aparılmasına xidmət edəcək.

Metodoloji Rəhbərlikdə banklarda aktivlərin prudensial nəzarət məqsədləri üçün MHBS 9-a uyğun təsnifləşdirilməsi, habelə müvafiq ehtiyatların yaradılmasına vahid yanaşmanın tətbiqi nəzərdə tutulur. 2026-cı ildən etibarən banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması həm MHBS 9, həm də mövcud prudensial tələblər əsasında paralel aparılacaq.

Banklara zəruri metodoloji dəstəyin göstərilməsi və Metodoloji Rəhbərliyin tətbiqi ilə bağlı bankları maraqlandıran suallara aydınlığın gətirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən MHBS 9 hesabatlarının hazırlanması üzrə məsul olacaq bank mütəxəssisləri ilə görüşlər keçirilib, praktik məsələlərin ətraflı müzakirəsi aparılıb.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?