21 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət müəssisələri tərəfindən Maliyyə Nazirliyinə təqdim ediləcək məlumat və hesabat formaları təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanına əsasən Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi cari ilin aprel ayından başlayaraq dövlət şirkətlərinin və publik hüquqi şəxslərin büdcə layihələri və proqnozlarının, həmçinin büdcələrinin monitorinqini həyata keçirəcək və icra göstəricilərini təhlil edəcək.

Bu məqsədlə Maliyyə Nazirliyinin Kollegiya Qərarı ilə dövlət şirkətlərinin və publik hüquqi şəxslərin nazirliyə təqdim edəcəkləri məlumat və hesabatların formaları təsdiq edilib. Dövlət şirkətləri və publik hüquqi şəxslər həmin formalar əsasında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə büdcə göstəricilərini, aylıq, rüblük maliyyə hesabatlarını və illik proqnoz məlumatlarını təqdim etməlidirlər.

Təqdim olunan sənədlərin monitorinqi zamanı dövlət müəssisələrinin büdcə parametrləri ilə icra vəziyyəti, ayrı-ayrılıqda fəaliyyət sahələri və tabe olduqları qurumlar üzrə maliyyə məlumatları, xərclərinin funksiya və xarakterinə görə göstəriciləri yoxlanılacaq. Eyni zamanda, beynəlxalq maliyyə təşkilatlarının qabaqcıl qiymətləndirmə alətləri vasitəsilə dövlət müəssisələri üzrə səmərəlilik göstəriciləri, aşkarlanmış fiskal risklərin digər müəssisələrə və dövlət maliyyəsinə, o cümlədən dövlət büdcəsi, büdcədənkənar dövlət fondları və dövlət borcuna mümkün təsirləri təhlil olunacaq.

Maliyyə Nazirliyi həmin monitorinq və təhlillərin nəticələri barədə rübdə bir dəfə olmaqla dövlət başçısına hesabat verəcək.

Bununla da dövlət müəssisələrində mənfəətliliyinin artırılması, uçot və hesabatlılığın təkmilləşdirilməsi, dövlət büdcəsi resurslarından asılılığın azaldılması, habelə orta və uzunmüddətli dövrdə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları qarşısında yarana biləcək öhdəliklərin öncədən müəyyən olunması təmin ediləcək.

Sözügedən Kollegiya qərarının mətni və təsdiq edilmiş formaların “Excel” formatda elektron variantı nazirliyin rəsmi internet səhifəsinə yerləşdirilib.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?