21 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

BƏƏ ilə qida sektoru və aqrar sahədə əməkdaşlıq müzakirə olunub

Azərbaycana səfər edən BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Əmna Əl Dahak Əl Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) görüş keçirilib.

Agentliyin məlumatına görə, görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilən ərazilər və iqtisadi zonalarda sərmayədarlar üçün yaradılan imkanlar, nəqliyyat-logistika potensialı barədə məlumat verib. AZPROMO-nun fəaliyyəti, ixracın və investisiyaların təşviqi mexanizmlərindən bəhs edib. Bu xüsusda Azərbaycan şirkətlərinin AZPROMO-nun təşkilatçılığı ilə BƏƏ-də keçirilən “Gulfood” sərgisində mütəmadi iştirakı qeyd edilib.

BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Əmna Əl Dahak Əl Şəmsi nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədinin Azərbaycandan idxal imkanlarını daha yaxından öyrənmək, xüsusilə aqrar sahədə investisiya perspektivlərini dəyərləndirmək olduğunu bildirib, əməkdaşlıq istiqamətləri haqqında fikirlərini bölüşüb.

Görüş zamanı işbirliyi perspektivlərinə dair müzakirə aparılıb. Tərəflər bir-birini ölkələrimizdə təşkili planlaşdırılan beynəlxalq tədbirlərdə, o cümlədən “Investopia 2026” (BƏƏ) və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (Azərbaycan) iştiraka dəvət ediblər.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?