30 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yeni elektron xidmətlər istifadəyə verilib

2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında əvvəllər yaranmış mülkiyyət və istifadə hüquqları artıq onlayn qaydada qeydiyyata alınır. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yeni elektron xidmətlər istifadəyə verilib.

Dövlət Xidmətinin məlumatına görə, elektron xidmət vasitəsilə istifadəçilər müvafiq sənədləri elektron formada təqdim edə, müraciətlərinin icra vəziyyətini real vaxt rejimində izləyə və qeydiyyat nəticəsində formalaşdırılan çıxarış və texniki sənədləri elektron qaydada əldə edə bilərlər.

Bu yenilik daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, rəqəmsal hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına yönəlib.

“Müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması xidməti” və “Müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar və şəhadətnamələr əsasında istifadə hüququnun dövlət qeydiyyatına alınması xidməti” İqtisadiyyat Nazirliyinin “e-services.economy.gov.az” internet informasiya sistemi üzərindən istifadəyə açıqdır və normativ-hüquqi tələblərə tam uyğun şəkildə fəaliyyət göstərir.

Qeyd edək ki, adıçəkilən elektron xidmətlərin istifadəsinə dair təlimatla “e-services.economy.gov.az” internet informasiya sistemi vasitəsilə tanış olmaq olar.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?