22 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanla Bosniya və Herseqovina arasında metrologiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Bosniya və Herseqovinanın Metrologiya İnstitutu (IMBIH) arasında razılaşma sənədi imzalanıb.

AzMİ-nin məlumatına görə, razılaşma sənədinin məqsədi metrologiya sahəsində elmi və texniki əməkdaşlığın gücləndirilməsi, texniki bilik və təcrübə mübadiləsi, etalonların hazırlanması və təkmilləşdirilməsi, eləcə də birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsidir. Bundan əlavə, sənəddə qanunverici və sənaye (tətbiqi) metrologiyası sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr potensialının artırılması və metroloji xidmətlərin beynəlxalq səviyyədə tanınmasına dair məsələlər əksini tapıb.

Sənəd çərçivəsində tərəflər birgə elmi-tədqiqat fəaliyyətləri həyata keçirəcək, o cümlədən metroloji xidmətlər üzrə qarşılıqlı dəstəyin göstərilməsi, təlim proqramları və praktiki seminarların təşkili istiqamətində əməkdaşlıq edəcəklər.

Əlavə olaraq, laboratoriyalararası tutuşdurmalarda iştirak, laboratoriyaların beynəlxalq keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi və uyğunluğun qiymətləndirilməsi prosedurları üzrə təcrübə mübadiləsinə imkan yaradılacaq.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?