22 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanın iqtisadi göstəriciləri, biznes və investisiya potensialı, ölkəmizin təşəbbüsçüsü və iştirakçısı olduğu enerji və nəqliyyat marşrutları haqqında məlumat verilib. Bildirilib ki, strateji coğrafi mövqeyini real imkanlara çevirən Azərbaycan iqtisadi zonalar, vergi güzəştləri və müasirləşdirilmiş gömrük sistemi ilə biznes üçün əlverişli mühit təqdim edir. Prioritet investisiya istiqamətlərinə bərpa olunan enerji, rəqəmsallaşma, innovasiyalar və yaşıl texnologiyalar, nəqliyyat-tranzit, logistika, yüksək əlavə dəyər yaradan istehsal sahələri daxildir.

Qeyd olunub ki, ölkəmiz regionun enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycanın şaxələndirilmiş neft və qaz kəmərləri sistemi vasitəsilə Xəzər regionunu beynəlxalq bazarlarla birləşdirən strateji rolu regional bağlantıların gücləndirilməsi üçün geniş imkanlar açır.

Ölkəmiz müasir nəqliyyat infrastrukturuna qoyulan iri həcmli investisiyalar sayəsində Avrasiya məkanında mühüm nəqliyyat-logistika qovşağına çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Gəmiqayırma Zavodu, müasir logistika və hava yük terminalları, doqquz beynəlxalq hava limanı və yenilənmiş avtomobil yolları şəbəkəsi ölkənin regional və qlobal təchizat zəncirlərində rolunu daha da gücləndirir.

Görüş zamanı Azərbaycanın İsrail və ABŞ ilə iqtisadi əməkdaşlığının mövcud vəziyyəti haqqında məlumat verilib. Bu ölkələrlə tərəfdaşlığın möhkəmləndirilməsi nəzərdən keçirilib.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?