22 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“ExxonMobil” korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin "ExxonMobil" korporasiyasının qlobal qeyri-ənənəvi kəşfiyyat üzrə meneceri Kit Simpson ilə görüşüb.

Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti, eləcə də xarici investorların ölkəmizə artan marağı xüsusi olaraq vurğulanıb.

“ExxonMobil” şirkətinin Azərbaycanda “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri kimi layihələrdə uzunmüddətli fəaliyyətindən məmnunluq ifadə olunub. Ölkəmizin neft-qaz potensialının reallaşdırılması istiqamətində SOCAR ilə əməkdaşlığın prioritetləri və Azərbaycanda potensial qeyri-ənənəvi neft ehtiyatlarının qiymətləndirilməsi üzrə görülmüş işlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “ExxonMobil” neft və təbii qazın kəşfiyyatı, işlənməsi və hasilatı, həmçinin neft, neft-kimya və xüsusi təyinatlı məhsulların istehsalı, ticarəti və daşınması sahəsində fəaliyyət göstərən iri sənaye şirkətidir. Şirkət enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji keçidinin sürətləndirilməsi məqsədilə daha az emissiya texnologiyalarının inkişafını və tətbiqinə investisiya qoyuluşlarını təşviq edir.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?