22 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il AÇG yatağı üzrə 120 milyon barel neft hasil olunub

2025-ci il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı üzrə fəaliyyətə təqribən 564 milyon dollar əməliyyat məsrəfləri və 1,288 milyard dollar əsaslı məsrəflər xərclənib.

bp-dən verilən məlumata görə, ötən il AÇG-dən ümumi hasilat – “Çıraq” (21 000), “Mərkəzi Azəri” (90 000), “Qərbi Azəri” (76 000), “Şərqi Azəri” (43 000), “Dərinsulu Günəşli” (51 000), “Qərbi Çıraq” (24 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 330 000 barel və ya ümumilikdə təxminən 120 milyon barel, yəni 16 milyon ton olub.

2025-ci ilin sonunda AÇG-də ümumilikdə 147 neft hasilat quyusu, 49 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub. İl ərzində AÇG-də 10 neft hasilatı quyusu, 5 su injektoru, 1 qaz injektoru və şlamların yenidən laya vurulması üçün 1 quyu qazılıb tamamlanıb.

Hesabat ilində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,7 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?