31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Ukrayna biznes dairələrinin iştirakı ilə dəyirmi masa keçirilib

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan və Ukrayna sahibkarlarının iştirakı ilə dəyirmi masa təşkil olunub.

Agentliyin məlumatına görə, hibrid formatda təşkil olunan tədbir Azərbaycan–Ukrayna İşgüzar Şurası çərçivəsində keçirilib. Dəyirmi masada tikinti, sənaye, kənd təsərrüfatı, logistika, ticarət, tekstil, konsaltinq, zərgərlik və s. sektorlarda fəaliyyət göstərən 30-a yaxın iş adamı iştirak edib.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev, səfirin müavini Emir Rüstəmov və KOBİA-nın nümayəndələri belə tədbirlərin biznes əlaqələrinin genişlənməsinə xidmət etdiyini vurğulayıblar.

Azərbaycan–Ukrayna İşgüzar Şurasının həmsədri Şahin Yusifov Şuranın fəaliyyəti barədə məlumat verib, həmçinin sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, birbaşa müzakirələrin aparılması və əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün yaradılmış onlayn platformanı təqdim edib.

Tədbir çərçivəsində iş adamları fəaliyyət sahələri barədə təqdimatlar edib, qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları və tərəfdaşlıq formatlarına dair müzakirələr aparılıb, “B2B” görüşlər keçirilib.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?