22 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

7 obyekt icarə müsabiqəsinə çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən start qiyməti aşağı olan obyektlərin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdirilir. Hazırki müsabiqəyə çıxarılan 7 obyekt Sumqayıt və Bərdə şəhərlərində, Qusar, Sabirabad, Ucar və Xocavənd rayonlarında yerləşir. Təklif olunan qeyri-yaşayış sahələrinin aylıq icarə qiyməti 30 manatdan başlayır. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Yekunda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcəkdir.

Sifarişçilər müsabiqədə iştirak etmək üçün 6 mart tarixinədək Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti yerli ərazi şöbələrinə müraciət edə bilərlər.

Müsabiqəyə çıxarılan əmlakların sahəsi, ünvanı, icarə qiyməti və digər məlumatlarla https://clck.ru/3RhdRF linki vasitəsilə tanış olmaq mümkündür.

Dövlət müəssisələrinin balansında olan qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdiriləcək. Bu barədə məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) öncədən yerləşdiriləcəkdir.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?