22 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Çin arasında metrologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Çin Xalq Respublikasının Milli Metrologiya İnstitutu (NIM) arasında metrologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

AzMİ-nin məlumatına görə, memorandumun məqsədi qarşılıqlı bilik, təcrübə və texniki resursların mübadiləsi yolu ilə hər iki ölkənin milli metrologiya sistemlərinin inkişafına töhfə vermək, müasir ölçmə texnologiyalarının tətbiqini genişləndirmək və beynəlxalq standartlara uyğunluğu təmin etməkdir. Həmçinin sözügedən sənəd ölçmə və kalibrlənmə sertifikatlarının qarşılıqlı tanınması istiqamətində birgə işlərin görülməsini, habelə elmi-tədqiqat fəaliyyətlərinin dəstəklənməsini hədəfləyir.

Anlaşma Memorandumu çərçivəsində tərəflər metrologiya sahəsində elmi-texniki məlumat mübadiləsi aparacaq, birgə elmi-tədqiqat layihələri icra edəcək, ekspert və mütəxəssislərin qarşılıqlı səfərlərini təşkil edəcək, təlim proqramları və praktiki seminarlar keçirəcəklər.

Bundan əlavə, sənəddə beynəlxalq laboratoriyalararası tutuşdurmalarda iştirak və standart (etalon) nümunələrin hazırlanması, nanotexnologiya, kvant ölçmələri, rəqəmsal metrologiya, avtomatlaşdırılmış ölçmə sistemləri və ağıllı sensor texnologiyaları kimi qabaqcıl sahələrdə birgə tədqiqatların aparılması nəzərdə tutulur.

Qeyd edək ki, sənəd metrologiya sahəsində uzunmüddətli və strateji əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?