31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ABŞ Ticarət Palatasının biznes missiyası çərçivəsində enerji əməkdaşlığı müzakirə edilib

ABŞ Ticarət Palatasının Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi biznes missiyası çərçivəsində energetika naziri Pərviz Şahbazovun rəhbərliyi və SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin iştirakı ilə dəyirmi masa keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, dəyirmi masada Azərbaycan-ABŞ enerji tərəfdaşlığından məmnunluq ifadə edilib. Bildirilib ki, bu tərəfdaşlıq təkcə milli layihələrin deyil, eyni zamanda regional və beynəlxalq enerji təhlükəsizliyi layihələrinin uğurla reallaşdırılmasına mühüm töhfə verib. ABŞ şirkətlərinin texnologiyaları, təcrübəsi və investisiyaları iri transmilli enerji layihələrinin formalaşmasında həlledici rol oynayıb.

Dövlət başçılarının regionda sülhü təmin edən və Azərbaycan-ABŞ münasibətlərini strateji tərəfdaşlıq əsasında möhkəmləndirən siyasətinin enerji əməkdaşlığının inkişafına da təkan verdiyi vurğulanıb. Azərbaycanın bütün enerji növlərini bərabərhüquqlu əsasda inkişaf etdirməsi, regional enerji bağlantılarını şaxələndirməsi, enerji təchizatçısı rolunu elektrik enerjisi ilə genişləndirməsi və enerjinin mühüm bir hisssəsinin məlumat mərkəzlərinin tələbatına yönəldilməsi ilə bağlı kursu diqqətə çatdırılıb. Neft, qaz, bərpa olunan enerji, elektrik enerjisi, hidrogen və enerji səmərəliliyi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. SOCAR və “ExxonMobil” arasında əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Həmçinin Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında elektrik enerjisi dəhlizlərinin icrası, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzərindən elektrik enerjisinin nəqli və bu layihələr çərçivəsində ABŞ şirkətləri ilə əməkdaşlıq perspektivləri dəyərləndirilib. Azərbaycan və ABŞ arasında enerji sahəsində texnologiya, bilik, təcrübə və investisiya istiqamətlərində əməkdaşlığa qarşılıqlı maraq nümayiş etdirilib.

Qeyd edək ki, nümayəndə heyətinə “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P. Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Motorola Solutions”, “Fuji Engineering”, “Global Data Risk”, “Hill International”, “Lummus Technology”, “Straife” və digər şirkətlərin rəhbər şəxsləri daxildir.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?