21 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daha bir aqroparka qeydiyyat şəhadətnaməsi təqdim edilib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən İsmayıllı rayonunun İvanovka kəndində yeni yaradılan “İvanovka Aqropark”a qeydiyyat şəhadətnaməsi təqdim olunub.

Nazirlikdən verilən məlumata görə, özəl aqroparkın innovativ texnologiyalar əsasında əkinçilik və bağçılıq üzrə ixtisaslaşması nəzərdə tutulur.

Təsərrüfat kompleksinin ümumi ərazisi 7600 hektar, layihə dəyəri 25,1 milyon manat təşkil edir. Aqroparkda 4 tarla sxemi ilə il ərzində 500 ha ərzaqlıq buğda, 250 ha dən üçün qarğıdalı, 250 ha günəbaxan, 250 ha isə təkrar əkin olaraq silosluq qarğıdalının becərilməsi planlaşdırılır. Eyni zamanda, 1750 ha dəmyə sahədə arpa, 1500 ha sahədə buğda və 100 ha sahədə yonca bitkisinin becərilməsi, 100 ha sahədə damlama suvarma sistemi altında süfrə və texniki üzüm sortlarının becərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda ölkədə aqropark statusu olan təsərrüfatlar fəaliyyət istiqamətlərinə görə bitkiçilik, heyvandarlıq, emal, çeşidləmə-qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Bu təsərrüfatlarda istehsal olunan əsas məhsullara isə taxıl məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları və heyvan yemləri kimi geniş çeşiddə məhsullar daxildir. Aqroparklarda əldə olunan məhsullar həm yerli bazarlarda, həm də xarici bazarlarda realizə edilir.

Bu günədək ölkə üzrə aqroparklarda 10 minə yaxın daimi və mövsümi iş yerləri yaradılıb.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?