22 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kuş Çoksi: “Azərbaycan bazarında fəaliyyət göstərməyin üstünlükləri çoxdur”

“Azərbaycan bazarında fəaliyyət göstərməyin əsas üstünlükləri həqiqətən də çoxdur. Onlardan ikisini qeyd edim: ölkənin hazırkı inkişaf mərhələsi və möhtəşəm infrastrukturu. Azərbaycan enerji resurslarından istifadə edərək iqtisadiyyatını şaxələndirib. Bundan əhali də geniş şəkildə faydalanıb. Turizm sektorunda böyük imkanlar var – xizək kurortları, zəngin tarix və Bakının təklif etdiyi imkanlar. Amerika şirkətləri artıq burada bir çox hotelin tikintisi ilə maraqlanır”.

Bu sözləri Azərbaycanda səfərdə olan ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi deyib.

O, daha sonra bildirib: “Ölkənin coğrafi mövqeyi, onun qərbdən şərqə uzanan əlaqə nöqtəsi olması böyük üstünlükdür. Azərbaycan həm də enerji sahəsində körpü rolunu oynaya bilər. Çünki Avropanın enerjiyə ehtiyacı var. Eyni zamanda, şimaldan cənuba bağlantılar mövcuddur. Azərbaycanın qonşuluğu və regional əlaqələri davamlı şəkildə genişlənir. Ölkə çoxsaylı bazarlara çıxış imkanı yaradır”.

AZƏRTAC

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?