Bolqarıstana xam neft məhsullarının ixracı artıb
2025-ci il ərzində Azərbaycandan Bolqarıstana 92,2 milyon ABŞ dolları dəyərində 169,5 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 2 dəfə, həcm baxımından isə 2,1 dəfə üstələyir.
Ümumilikdə ötən il ərzində ölkədən 12,091 milyard dollar dəyərində 23,38 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Bolqarıstan 17-ci yerdə qərarlaşıb və ixrac həcminin 0,72 faizi bu ölkənin payına düşüb.
