31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair ilk iclas keçirilib

Azərbaycan, Qazaxıstan və Özbəkistan energetika nazirlərinin müavinləri, Birgə Müəssisə, “CESI S.p.A” şirkəti, Asiya İnkişaf Bankı (AİB) və üç ölkənin elektrik enerjisi şirkətlərinin iştirakı ilə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair ilk iclas keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, nazir müavini Orxan Zeynalov Azərbaycan, Qazaxıstan və Özbəkistanın böyük bərpaolunan enerji potensialının araşdırılmasında üç ölkənin, beynəlxalq qurumların və məsləhətçi şirkətlərin ortaq səylərinin əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi ölkələr arasındakı enerji bağlantılarını gücləndirməklə strateji əməkdaşlığı daha da dərinləşdirəcək.

Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov və Özbəkistanın energetika nazirinin müavini Ümid Mamadinov tədqiqatdan yüksək nəticələr gözlədiklərini qeyd edərək, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin regional enerji inteqrasiyası və aşağı karbonlu keçid üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.

İclasda məsləhətçi şirkət “CESI S.p.A”, eləcə də tərəfdaşları - Türkiyənin “EPRA” və Böyük Britaniyanın “JURU” şirkətləri tərəfindən birgə həyata keçiriləcək layihənin texniki-iqtisadi əsaslandırmasının başlanğıc mərhələsi üzrə planlaşdırılan tədbirlər və müvafiq missiyanın təşkili ilə bağlı müzakirələr aparılıb. Növbəti addımlar razılaşdırılıb.

Qeyd edək ki, layihənin icrası məqsədilə “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” əsasında “Yaşıl Dəhliz Alyansı” - Birgə Müəssisə yaradılıb. Layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün İtaliyanın “CESI S.p.A” şirkəti beynəlxalq tenderdə qalib elan olunub. Texniki‑iqtisadi əsaslandırma prosesi Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) dəstəyi ilə həyata keçiriləcək.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?