31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan xalçaları Bəhreyndə müasir incəsənət muzeyinin daimi kolleksiyasına daxil edilib

Bəhreyn Krallığında ərəb və İslam incəsənəti ilə yanaşı, dünya miqyaslı müasir sənət nümunələrinin də nümayiş olunacağı yeni mədəni məkan “RAK Art Collection”un rəsmi açılışı baş tutub.

"Azərxalça” ASC-dən verilən məlumata görə, gələcəkdə müasir incəsənət muzeyi kimi fəaliyyət göstərəcək bu məkan Şeyx Rəşid bin Xəlifə Al Xəlifənin təşəbbüsü ilə yaradılıb.

Açılış mərasimində “Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov da iştirak edib. Tədbir çərçivəsində o, Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Hamad Al Khalifa ilə görüşərək Azərbaycan xalçaçılıq sənətinin tarixi, istehsal prosesi və müasir dövrdə inkişaf istiqamətləri barədə ətraflı məlumat verib. Əlahəzrət Azərbaycan xalçaçılıq sənətinə olan marağını xüsusi vurğulayıb.

Sevindirici haldır ki, muzeyin daimi kolleksiyasına rəssam Aydan Salahova ilə “Azərxalça” ASC-nin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlmiş “Qadın” xalça triptixi də daxil edilib. Bu sənət əsəri klassik Azərbaycan xalçaçılıq ənənələrinin müasir bədii yanaşma ilə sintezini əks etdirir. Açılış zamanı Emin Məmmədov “Qadın” xalçası ilə yanaşı, Şeyx Rəşid bin Xəlifəyə onun əsəri əsasında Azərbaycanda toxunmuş xüsusi xalça nümunəsini də təqdim edib.

Yeni açılan “RAK Art Collection” Bəhreynin incəsənət və mədəniyyət səhnəsini daha da zənginləşdirərək, regional və beynəlxalq müasir sənət üçün mühüm dialoq platformasına çevrilməyi hədəfləyir. Azərbaycan xalçaçılıq sənətinin bu cür nüfuzlu beynəlxalq məkanda daimi kolleksiyada təmsil olunması milli mədəni irsimizin dünya miqyasında tanıdılması baxımından mühüm nailiyyətdir.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?