31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Avropa İttifaqı Naxçıvan dəmir yolu layihəsi üzrə əməkdaşlığa başlayır

Azərbaycan və Avropa İttifaqı (Aİ) Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə Naxçıvan dəmir yolu layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlamaq barədə razılığa gəliblər.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, bu, Avropa İttifaqı ilə Azərbaycan arasında Qlobal Dəhliz (Global Gateway) təşəbbüsü və bu yaxınlarda təqdim edilmiş Regionlararası Bağlantılar Proqramı çərçivəsində tərəfdaşlığın gücləndirilməsi barədə əldə edilən razılıq əsasında mümkün olub.

Razılığa əsasən, tərəflər nəqliyyat, enerji və ticarət sahələrində davamlı və sabit əlaqələrin qurulması yolu ilə yeni iqtisadi imkanlar yaratmağı, uzunmüddətli ortaq rifahı, əməkdaşlığı və sülhü təşviq etməyi hədəfləyirlər.

Bildirilib ki, Naxçıvan dəmir yolu layihəsi Azərbaycanda və daha geniş regionda mobilliyin və iqtisadi axınların yaxşılaşdırılması baxımından mühüm investisiya hesab olunur. Sözügedən dəmir yolu Avropa ilə Mərkəzi Asiyanı 15 günlük planlaşdırılmış tranzit müddəti çərçivəsində birləşdirməyi hədəfləyən daha geniş Trans-Xəzər Nəqliyyat Dəhlizinin tərkib hissəsidir.

Avropa ilə Asiya arasında marşrutların şaxələndirilmiş, etibarlı və sabit olması ortaq strateji maraqlara xidmət edir. Bu marşrutların yaratdığı faydalar qarşılıqlıdır və həddindən artıq asılılıq risklərini azaldır.
İkitərəfli və regional dəstək proqramları ilə yanaşı, innovativ maliyyə alətlərindən istifadə etməklə həyata keçiriləcək gələcək prioritet layihələr Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əlaqələri daha da gücləndirəcək. Eyni zamanda, bu layihələr Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, regional bağlantıların möhkəmləndirilməsinə, ölkə daxilində bacarıqların və iş imkanlarının yaradılmasına, eləcə də kənd yerlərinin inklüziv və davamlı inkişafının təşviqinə xidmət edəcək.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?