22 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanın xarici ticarət dövriyyəsi 130 milyon dolları üstələyib

"2025-ci ildə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 3,7 faiz artaraq 130,1 milyon ABŞ dollarına çatıb"

Bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə muxtar respublikada istehsal edilən məhsullar ABŞ, Türkiyə, Çin, Rusiya, İran, Gürcüstan, BƏƏ, İraq, Suriya, Qırğızıstan, Tacikistan və digər ölkələrə olmaqla, ümumilikdə, 13,6 milyon dollar dəyərində ixrac olunub ki, bu da 2024-cü illə müqayisədə 28,4 faiz artım deməkdir. Naxçıvandan ixrac olunan mallara 468 mənşə sertifikatı verilib ki, bu da 2024-cü illə müqayisədə 30 faiz çoxdur.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ixrac imkanları genişləndirilib, ixrac coğrafiyası 2024-cü ildə 13 ölkədən 2025-ci ildə 15 ölkəyədək artıb. İxracın təşviqi və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 2025-ci il ərzində ölkə daxilində və xaricdə keçirilən 18 beynəlxalq tədbirdə 146 sahibkar iştirak edib, 20 şirkətin məhsulları 7 beynəlxalq sərgidə nümayiş olunub.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?