31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2025-ci ildə ümumilikdə 364 min 136 əmlak qeydiyyata alınıb

Bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə həsr olunan mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, əmlakların ilkin və təkrar qeydiyyatında artım qeydə alınıb. Vərəsəlik və bağışlanma ilə ötürülən əmlakların qeydiyyatında isə cüzi azalma olub.

N.Alimova əlavə edib ki, 60 min 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin olunub. 413 min 423 ədəd dövlət aktı əsasında hüquq sahibi olan vətəndaşlar elektron çıxarışla təmin olunub.

Qeyri-yaşayış sahələrinin sənədləşdirilməsi ilə bağlı fərmanın icrası ilə bağlı məlumat verən N.Alimova bildirib ki, bununla bağlı PHŞ-yə ümumilikdə 23 min 587 müraciət daxil olub. Onlardan 5 min 260 şəxsin sənədi daxil olub və 4 min 602 ədədinə çıxarış verilib.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?