31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatını həyata keçirib

Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC cari ilin yanvar ayında 2026-cı il üzrə ilk ixrac əməliyyatını uğurla həyata keçirib.

QSC-dən verilən məlumata görə, şirkət tərəfindən ixrac edilən ilk partiya qızıl və gümüşün beynəlxalq bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 32,9 milyon manat həcmində vəsait cəlb edilib.

Ötən il ərzində dövlət şirkəti beynəlxalq və yerli bazarlarda ümumilikdə 73,2 min unsiya qızıl və 93,2 min unsiya gümüşün satışını həyata keçirib. Bu satışlardan əldə olunan ümumi gəlir 439,3 milyon manat təşkil edib ki, bu da əvvəlki illə (2024-cü il) müqayisədə 43 faiz çoxdur.

Qeyd edək ki, dövlət şirkəti fəaliyyət göstərdiyi müddət ərzində ümumilikdə 560,5 min unsiya qızıl və 1,04 milyon unsiya gümüş satışını həyata keçirərək ölkə iqtisadiyyatına 1,9 milyard manat dəyərində vəsait cəlb edib.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?