31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2025-ci ildə sahibkarlar üçün bir sıra layihə və proqramlar icra edilib

2025-ci ildə sahibkarlığın təşviqi, gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, innovativ biznes təşəbbüslərinin dəstəklənməsi, maliyyə resurslarına çıxış və alternativ maliyyələşmə və s. istiqamətlərdə bir sıra layihə və proqramlar həyata keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaş qurumlarla birgə reallaşdırdığı “Qarabağ KOB-ları”, “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar”, “Bizdən biznesə” startap müsabiqəsi, “Gənclərin biznes emalatxanası”, “Biznes Akademiyası”, “İnvestisiya səyahəti”, “Regional tərəfdaşların inkişafı” və s. layihələrdən ümumilikdə 300-ə yaxın sahibkar, biznesə başlamaq istəyən şəxs və startap faydalanıb. Layihələr Bakı şəhərini və ölkə regionlarını əhatə edib. Bu layihələr çərçivəsində iştirakçıların biznes biliklərinin artırılması üçün təlimlər, ofis və istehsalat ziyarətləri, dövlət qurumları ilə görüşlər, master klaslar təşkil olunub, sahibkarlara müxtəlif avadanlıqlar verilib, startap layihələrinə maliyyə dəstəyi göstərilib.

Sahibkarlar və digər maraqlı tərəflər KOBİA-nın tərəfdaş qurumlarla birgə 2026-cı ildə həyata keçirəcəyi müxtəlif layihə və proqramlar barədə Agentliyin www.smb.gov.az internet səhifəsini və sosial media hesablarını izləməklə məlumat əldə edə bilərlər.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?