31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dünya Neft Şurası ilə əməkdaşlığın inkişafı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazovla Dünya Neft Şurasının (WPC Energy) prezidenti Pedro Miras arasında görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə qlobal enerji gündəliyində aktual məsələlər, regional enerji layihələri və Azərbaycanın təşkilatla əməkdaşlığının inkişafına dair məsələlər müzakirə olunub.

Nazir Pərviz Şahbazov bildirib ki, Azərbaycan ənənəvi neft və qaz istehsal edən və ixrac edən ölkə olmasına baxmayaraq, enerji keçidi istiqamətində də irəliləyişlərə nail olub. Son illərdə enerji sektorunda genişmiqyaslı islahatlar həyata keçirilib, bu sahədə çoxsaylı normativ-hüquqi aktlar qəbul edilib, bərpa olunan enerji mənbələrinin inkişafına başlanılıb. Qeyd olunub ki, Azərbaycan 2030-cu il üçün bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücdə payının 30 faizə çatdırılmasını hədəfləyib. Hazırda isə bu göstəricinin artıq 2027-ci ilə qədər 33,7 faizə çatdırılması planlaşdırılır. Bu da ölkənin enerji keçidi istiqamətində ciddi irəliləyiş əldə etdiyini göstərir və bu yolun gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Görüşdə regional və beynəlxalq əhəmiyyət daşıyan enerji layihələrinə də diqqət yönəldilib. Mərkəzi Asiya, Türkiyə və Avropanı əhatə edən enerji bağlantıları vahid konsepsiya çərçivəsində qiymətləndirilib. Bildirilib ki, bu layihələr enerji sistemlərinin birləşdirilməsi baxımından ölkələri daha da yaxınlaşdırır və regional enerji təhlükəsizliyinə töhfə verir. Bu layihələrin enerji və rəqəmsal infrastrukturun, həmçinin məlumat mərkəzlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Dünya Neft Şurasının prezidenti Pedro Miras Azərbaycanın Asiya ilə Avropa arasında açar enerji dəhlizi rolunu xüsusi vurğulayaraq, ölkənin müxtəlif enerji baxışları arasında dialoqu təşviq edən nümunəvi model olduğunu bildirib.

Söhbət zamanı 2026-cı ildə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək “WPC Energy” Konqresində iştirak və təşkilatla əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?