31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazaxıstan Azərbaycanın elektron ixrac modelinin tətbiqində maraqlıdır

“Azexport.az” portalı ilə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında işçi görüş keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, görüşün əsas məqsədi Azərbaycanın elektron ixrac sahəsindəki modelinin öyrənilməsi və bu təcrübənin Qazaxıstanda yaradılması planlaşdırılan analoji platformada tətbiqi imkanlarının müzakirəsi olub.

Mərkəzi Asiyada rəqəmsal həllərin tətbiqi üzrə qabaqcıl ölkələrdən olan Qazaxıstanın nümayəndə heyəti “Azexport” portalının fəaliyyət mexanizmi ilə yaxından tanış olub. Görüş çərçivəsində “QazTrade”in hüquqi və texniki heyəti portalın idarəetmə prinsipləri, beynəlxalq elektron ticarət təşkilatları ilə inteqrasiya modelləri, eləcə də ixrac sifarişlərinin emalı və logistik idarəetmə prosesləri barədə geniş məlumat əldə ediblər.

Tərəflər “Azexport”un formalaşdırdığı rəqəmsal infrastrukturun Qazaxıstanın ixrac potensialına uyğunlaşdırılması və qarşılıqlı texnoloji mübadilə məsələlərini müzakirə ediblər.

Gələcəkdə tərəflər birgə rəqəmsal sərgi və ticarət platformalarının inkişaf etdirilməsi, startap ekosisteminin dəstəklənməsi, eləcə də rəqəmsal iqtisadiyyat üzrə təlimlərin keçirilməsi istiqamətində fəaliyyətlərini genişləndirməyi planlaşdırırlar.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?