22 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan məhsulları “Gulfood 2026” sərgisində vahid ölkə stendində nümayiş olunur

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2026” – 31-ci Beynəlxalq Qida və İçkilər Sərgisi keçirilir.

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 22 şirkəti və “İstisu” mineral su zavodu məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edir. Milli stenddə qənnadı məhsulları, konservləşdirilmiş məhsullar, un məmulatları, qurudulmuş və təzə meyvələr, çərəzlər, yağlar və əzmələr, alkoqolsuz içkilər, mineral sular, bal, eləcə də digər ərzaq məhsulları nümayiş olunur. Bundan başqa, stenddə iştirakçılara ölkəmizdə sahibkarlara göstərilən dəstək mexanizmləri, əlverişli biznes və investisiya mühiti barədə çap materialları, iştirakçı şirkətlərin təşviqat videoçarxları təqdim edilir.

Həmçinin sərgidə xidmət ixracının dəstəklənməsi məqsədilə Xəzəryanı regionda qida sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilən “InterFood Azerbaijan” sərgisi haqqında məlumat verilir və xarici şirkətlərin həmin sərgidə təmsil olunması təşviq edilir.

Yanvarın 30-dək davam edəcək sərgi çərçivəsində AZPROMO və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi aparatının dəstəyi ilə Azərbaycan sahibkarları müxtəlif ölkələrdən olan həmkarları ilə görüşlər keçirir, məhsul ixracına dair müzakirələr aparırlar.

Hər il Dubayda təşkil olunan “Gulfood” sərgisi dünyanın, eləcə də Körfəz və Yaxın Şərq regionunun ən böyük ixtisaslaşmış beynəlxalq platformalarından biridir. Builki sərgidə 195-dən çox ölkə iştirak edir.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?