22 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Süni intellekt peşələrin transformasiyasına səbəb olacaq

Qarşıdakı illərdə bəzi peşələrin aktuallığını itirəcəyi gözlənilir. vergiler.az xəbər verir ki, bu fikri Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov jurnalistlərə açıqlamasında səsləndirib. Onun sözlərinə görə, aktuallığını itirən peşərin əvəzində yeniləri gündəmə gələcək:

“Dünya İqtisadi Forumunun “İşlərin gələcəyi” hesabatına əsasən, 2030-cu ilədək bəzi peşələr funksional strukturunu dəyişəcək. Eyni zamanda, bəzi peşələr aktuallığını itirəcək. Süni intellektin iş yerlərini azaltması deyil, iş yerlərində işçilərdən gözlənilən tələbləri transformasiya edəcəyi gözlənilir. Məsələn, 2000-ci illərə qədər “sosial media mütəxəssisi” adlı vəzifə yox idi. Amma operatorlar və digər bu kimi işçilər var idi. Onlar peşələrini yeni tələblərə uyğun transformasiya edirlər, yeni peşələr yaranır”.

H.Abbasov süni intellektlə bağlı yeni yaranan peşələrin istiqamətləri barədə də məlumat verib. Bildirib ki, dünyada təkcə “Aİ dizayner”, “Aİ detektiv”, “Aİ mühəndisliyi” ixtisasları üzrə minlərlə vakansiyalar və bu peşəni öyrədən kursların elanları paylaşılır: “Belə bir statistika da səsləndirildi ki, 2017-ci ildə dünyaya gələn uşaqların 60%-dən çoxu əmək qabiliyyətli yaşa çatdıqda onların məşğul olacağı peşələr, hələ ki, icad olunmayıb. Əmək bazarının bu qədər surətli transformasiyası var. Ona görə də insan amili texniki istiqamətlərdə azala bilər. Amma əmək bazarının süni intellektin təsiri ilə fərd olaraq insanları işsiz qoyacağı ilə bağlı fikirlərə mən optimist yanaşmadayam. Artıq suni intellekt agentləri normal vizyonu olan iş adamlarına milyardlıq bizneslər qura bilir. Bunun da hamısı insan əlindədir”.

H.Abbasov Agentliyin təşkil etdiyi peşə kurslarında süni intellekti ehtiva edən peşələrin öyrədiləcəyini açıqlayıb: “Bu gün Azərbaycanda bu peşələrə ehtiyac var və gələcəkdə də bununla bağlı trend artım üzrə gedəcək. İlon Mask bəyan etdi ki, elektrik enerjisi təminatı güclü olan ölkələr süni intellektdə ən uğurlu olacaqlar. Bilirsiniz ki, Azərbaycan elektrik enerjisi istehsalına görə dünyada lider dövlətlərdən biridir. Bu da o deməkdir ki, ölkəmizdə süni intellekt ixtisaslarına tələb durmadan artacaq. Bunu nəzərə alaraq biz də süni intellekti ehtiva edən peşələri öz kurslarımıza daxil edəcəyik”.

Fərqanə ALLAHVERDİQIZI

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?