31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2025-ci ildə 59 mikro və kiçik sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

2025-ci ildə 125 mikro və kiçik sahibkarlıq subyekti “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 59 KOB subyektinə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarların 48-i hüquqi, 11-i fiziki şəxs olmaqla, 53-ü mikro və 6-sı kiçik sahibkardır. 44 startap Bakı şəhərindən, 15-i isə regionlardandır. Şəhadətnamə almış sahibkarların 10-u qadın sahibkardır. Layihələrin 4-ü “yaşıl layihə”dir. “Startap” şəhadətnaməsi almış biznes subyektləri istehsal və xidmət sektorlarında fəaliyyət göstərir, startapların əsas istiqamətləri maliyyə, təhsil və səhiyyə texnologiyaları, e-ticarət və rəqəmsal marketinq, rəqəmsal ödəniş sistemləri və s. sahələrdə innovativ həlləri özündə ehtiva edir.

Ümumilikdə “Startap” şəhadətnaməsinin verilməsinə başlanıldığı 2021-ci ildən 2026-cı ilin 1 yanvar tarixinə KOBİA-ya 493 müraciət daxil olub ki, onlardan 247-nə “Startap” şəhadətnaməsi verilib.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. “Startap” şəhadətnaməsinin verilməsi, yaxud imtina edilməsi haqqında qərar KOBİA tərəfindən Ekspertlər Şurasının rəyi əsasında verilir. Ekspertlər Şurası Agentliyin nəzdində 12 nəfərdən ibarət olan müxtəlif dövlət qurumlarının nümayəndələrindən və müstəqil ekspertlərdən ibarətdir. Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?