27 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən ildə özəlləşdirilmə və icarədən dövlət büdcəsinə 181,5 milyon manat daxil olub

2025-ci il ərzində 236 kiçik dövlət müəssisə və obyekti, dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılmış 8 açıq səhmdar cəmiyyətinin səhmləri, 208 obyektin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsi və 1.160 nəqliyyat vasitəsi özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, hesabat ilində investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə 18,8 milyon manat sərmayə qoyulub, dövlət büdcəsinə 12,2 milyon manat ödənilib və həmin müəssisələrdə 622 yeni iş yeri yaradılıb.

Ötən ildə özəlləşdirmədən dövlət büdcəsinə 135,3 milyon manat daxil olub. Bu, 2024-cü illə müqayisədə 26,4 milyon manat və ya 24,2 faiz çoxdur. Ümumilikdə isə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı illik büdcə proqnozunun icrası 123 faiz həcmində təmin olunub.

Hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 58 hərrac təşkil edilib. Ümumilikdə hərraclarda iştirak etmək üçün 2.446 sifariş verilib. Hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 149 onlayn qoşulma olub. Hərraca çıxarılmış əmlaklar üzrə 644 elektron sifariş qəbul edilib.

Dövlət əmlakının icarəyə verilməsi sahəsində də yüksək nəticələrə nail olunub. Belə ki, 2025-ci il ərzində 4.957 yeni icarə müqaviləsi bağlanılıb ki, bunun 621-i qeyri-yaşayış, 4.336-sı isə torpaq sahəsinə aiddir. Daşınmaz dövlət əmlakının icarəsindən ötən il dövlət büdcəsinə daxilolmalar 46,2 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 8,6 milyon manat və ya 23 faiz çoxdur. Ümumilikdə isə hesabat dövründə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı illik büdcə proqnozunun icrası 135,9 faiz həcmində təmin olunub.

Torpaqların idarə edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi sahəsində də işlər davam etdirilib. 2025-ci ildə ölkə üzrə ümumilikdə 25.964 monitorinq keçirilib. Torpaq Məcəlləsinin tələblərini pozan fiziki və hüquqi şəxslər barəsində 1266 inzibati protokol yazılmaqla 585 min manat cərimə tətbiq edilib.

Hesabat dövründə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əks etdirilmiş tədbirlər, o cümlədən, torpaqların elektron kadastr uçotu, yerquruluşu və torpaq tədqiqatları istiqamətində işlər davam etdirilib.

2025-ci il ərzində işğaldan azad edilmiş ərazilərdə torpaq tədqiqatı üzrə 140,2 min ha, geobotaniki tədqiqat üzrə isə 95,5 min ha ərazidə kameral işlər aparılıb. Bununla yanaşı, ümumilikdə 233,7 min ha sahədə laboratoriya işləri yerinə yetirilib.

Ötən il ərzində işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 191 küçə üzrə 9.153 giriş ünvanı, 2.943 daxili ünvan təyin edilərək Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.

VergiFiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər? Vergi“Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır? VergiGecikmiş ödəmələrə görə vergilər hansı qaydada hesablanacaq? VergiKənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı hansı vergi güzəştləri mövcuddur? VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi?