27 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan – İsrail biznes forumu keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşüb.

Görüşdə Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Müxtəlif istiqamətlər üzrə birgə fəaliyyətin gücləndirilməsi üçün böyük potensial var. Tərəflər iqtisadi işbirliyinin hüquqi bazasının möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artırılması, sənaye, kənd təsərrüfatı, enerji, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Birgə investisiya layihələrinin icra vəziyyəti nəzərdən keçirilib.

Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, əczaçılıq, kənd təsərrüfatı, texnologiyalar, su təchizatı və idarəçiliyi, nəqliyyat-logistika, kibertəhlükəsizlik, bankçılıq, turizm və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət nümayəndəsi iştirak edib.

Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında əməkdaşlığın qarşılıqlı etimad üzərində qurulduğunu vurğulayıb. Qeyd olunub ki, yüksək səviyyəli təmaslar ikitərəfli münasibətlərin möhkəmləndirilməsində önəmli rol oynayır. Ötən həftə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan və İsrail prezidentlərinin görüşü zamanı ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirilib.

İsrail ilə geniş spektrli sahələr üzrə qarşılıqlı faydalı tərəfdaşlıq formalaşıb. Bununla yanaşı, ölkələrimiz arasında enerji, ticarət, investisiya, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat və digər sahələrdə işbirliyinin təşviqi üçün geniş imkanlar var.

İqtisadiyyat naziri Azərbaycanın cəlbedici investisiya mühiti, investorlar üçün yaradılan imkanlar haqqında məlumat verib, forumda aparılan müzakirələrin yeni təşəbbüslərin gerçəkləşdirilməsinə, işgüzar əlaqələrin dərinləşdirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycan-İsrail münasibətlərinin dinamik inkişafını yüksək qiymətləndirib, biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. İqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün mütəmadi dialoqun və birgə layihələrin artırılmasının vacibliyi vurğulanıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev İsraillə iqtisadi əməkdaşlığın inkişafında təşkil edilən tədbirlərin, işgüzar əlaqələrin töhfələrini qeyd edib, biznes tərəfdaşlığı haqqında fikirlərini bölüşüb.

Tədbirdə Ələt Azad İqtisadi Zonası, İqtisadi Zonaların İnkişafı Agentliyi və AZPROMO nümayəndələri tərəfindən Azərbaycanın Xəzər regionunda strateji biznes mərkəzi kimi rolu, ölkəmizin investisiya potensialı barədə təqdimatlar keçirilib.

Forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İsrail İstehsalçılar Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Tədbir zamanı B2B və B2G görüşlər təşkil olunub.

-----

17:52

“İsrailin xarici işlər naziri Gideon Saarla birlikdə Azərbaycan – İsrail biznes forumunda iştirak etdik.

Ölkələrimiz arasında enerji, ticarət, invsestisiya, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi imkanlarını dəyərləndirdik.

Birgə sərmayələrin artırılması istiqamətində investisiya platformalarını, özəl sektorda və biznes dairələri arasında əməkdaşlığın gücləndirilməsini qeyd etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergi“Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır? VergiGecikmiş ödəmələrə görə vergilər hansı qaydada hesablanacaq? VergiKənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı hansı vergi güzəştləri mövcuddur? VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı?