31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda sahibkarlar üçün güzəştlərin tətbiqi qaydası təsdiqlənib

Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye parklarının və sənaye məhəllələrinin rezidentləri, habelə investisiya təşviqi sənədi almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına dair ƏDV və gömrük rüsumlarından azadolmalar qüvvəyə minib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 12 yanvar 2026-cı il tarixli Qərarına əsasən, Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların, sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların, investisiya təşviqi sənədi almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalına dair təsdiqedici sənədin verilməsi qaydası təsdiq edilib.

Bu təsdiqedici sənəd əsasında sahibkarlar idxal olunan xammal və materiallar, texnika, texnoloji avadanlıqlar və qurğular üzrə vergi və gömrük güzəştlərindən yararlana biləcəklər.

Qərarın məqsədi Naxçıvan Muxtar Respublikasında istehsal və xidmət sahələrində potensialın artırılması, investisiya mühitinin yaxşılaşdırılması və yerli sahibkarlığın inkişafına dəstək göstərilməsidir.

Sahibkarlar təsdiqedici sənədin alınması üçün müvafiq qaydada Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?