31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü çərçivəsində əməkdaşlıq gündəliyi müzakirə edilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Davosda Dünya İqtisadi Forumunun Sənaye Ekosistemlərinin Transformasiyası Proqramının rəhbəri Yörgen Sandströmla görüşüb.

Mərkəzin məlumatına görə, görüşdə Azərbaycanın DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulmasının ölkəmizdə yeni sənaye klasterlərinin formalaşdırılması, beynəlxalq təşəbbüslərə inteqrasiya və yaşıl iqtisadiyyatın inkişafı istiqamətində önəmi vurğulanıb. Eyni zamanda, bu təşəbbüsün yaşıl iqtisadiyyatın inkişafına, sənayenin karbonsuzlaşmasına, resurslardan səmərəli istifadə və dayanıqlı istehsal modellərinin tətbiqinə töhfə verəcəyi qeyd olunub. Bu istiqamətdə növbəti addımlar nəzərdən keçirilib, vörkşopların təşkili müzakirə edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində Azərbaycanın DİF-in “Sənaye Klasterlərinə Keçid” qlobal təşəbbüsünə qoşulmasına dair Niyyət Məktubu imzalanıb. Sənəd Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Anar Axundov və SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən imzalanıb. Bu addım ölkəmizdə sənaye istehsalının karbonsuzlaşmasına, təmiz enerji həllərinin tətbiqinə və dayanıqlı sənaye modelinə keçidin sürətləndirilməsinə xidmət edir. Bu çərçivədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “SOCAR Polymer” və “SOCAR Karbamid” müəssisələri arasında əməkdaşlıq çərçivəsində Sumqayıt Sənaye Parkında formalaşdırılan “NextGen” sənaye klasteri istehsal xərclərinin optimallaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac potensialının yüksəldilməsini hədəfləyir.

Qeyd edək ki, hazırda 20 ölkədən 40 sənaye klasterini birləşdirən qlobal əməkdaşlıq platforması olan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü 2021-ci ildən etibarən icra olunur. Azərbaycanın təşəbbüsə qoşulması İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM-in koordinasiyası ilə həyata keçirilir və bu tərəfdaşlıq ölkəmizin uzunmüddətli sənaye və iqlim hədəflərinə mühüm töhfə verəcək.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?