31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat nazirinin müavini Türkmənistanda SPECA Həftəsi çərçivəsində tədbirlərdə iştirak edib

Türkmənistanın paytaxtı Aşqabad şəhərində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Rəhbər Şurasının 20-ci iclası keçirilib.

Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Babaniyaz Yalakovun sədrliyi ilə keçirilən iclasda BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və SPECA iştirakçı ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri çıxış edib.

İclasda ölkəmizi iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev təmsil edib. Nazir müavini çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayıb. Nəqliyyat-tranzit, ticarət, enerji, investisiya, rəqəmsallaşma və digər sahələrdə tərəfdaşlığın regional inkişaf üçün prioritet istiqamətlər olduğu qeyd edilib. Ölkəmiz tərəfindən Orta Dəhlizin inkişafı, nəqliyyat-kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar nəzərə çatdırılıb. Eyni zamanda, birgə layihələrin dəstəklənməsi məqsədilə Qazaxıstan, Özbəkistan və Qırğız respublikaları ilə yaradılmış birgə investisiya fondlarının əhəmiyyəti diqqətə çatdırılıb.

İclasda SPECA İqtisadi Forumunun yekun sənədi təsdiq olunub, SPECA-nın 2024–2025-ci illər üzrə İş planının icra vəziyyəti müzakirə olunub. İşçi qruplarının fəaliyyətinə dair hesabatlar dinlənilib, əldə olunan nəticələr və qarşıdakı dövr üçün prioritetlər ətrafında fikir mübadiləsi aparılıb. SPECA-nın 2026-2027-cı illər üzrə İş planı təsdiq olunub. SPECA-nın növbəti sədr ölkəsi Qırğız Respublikası seçilib.

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev SPECA Çoxtərəfli Etimad Fondunun Rəhbər Komitəsinin 2-ci iclasında iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini SPECA Çoxtərəfli Etimad Fondunun yaradılmasının çoxvektorlu regional əməkdaşlığın inkişafı baxımından mühüm institusional addım olduğunu qeyd edib.

İclasda Fondun yaradılması üzrə görülmüş işlər müzakirə edilib və növbəti addımlar barədə fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində SPECA Çoxtərəfli Etimad Fondunun Maliyyələşdirmə Strategiyası və ilk Təkliflər Çağırışı qəbul edilib.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?