31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il KOB evlərində sahibkarlara 543 mindən çox xidmət göstərilib

2025-ci ildə sahibkarlara vahid məkanda xidmətlərin göstərildiyi KOB evlərində ümumilikdə 543 033 xidmət göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, bu xidmətlərin 327 minə yaxını “Bakı KOB evi”nin, 131 mindən çoxu “Yevlax KOB evi”nin, 18 minə yaxını “Xaçmaz KOB evi”nin, 67 mindən çoxu isə “Xaçmaz KOB evi”nin “Food City” Aqroparkında yerləşən xidmət mərkəzinin payına düşür.

KOB evlərində sahibkarlara göstərilən xidmətlərin 496 minə yaxını dövlət qurumları (“G2B”), 47 mindən çoxu isə biznes qurumları (“B2B”) tərəfindən təqdim edilib.

Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması və vergi ilə bağlı digər məsələlər, gömrük, kommunal, bank xidmətlərindən istifadə üçün müraciət ediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edib.

Qeyd edək ki, KOB evləri KOBİA-nın strukturuna daxildir. KOB evlərində ümumilikdə 50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?