22 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2026-cı ilin beynəlxalq sərgilər mövsümünə may ayında start veriləcək

2026-cı ilin sərgi mövsümü may ayında paralel keçiriləcək bir neçə irimiqyaslı beynəlxalq tədbirlə başlayacaq.

“Caspian Event Organisers” şirkətindən verilən məlumata görə, 5-8 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun kənd təsərrüfatı və qida sənayesi üzrə mühüm və irimiqyaslı tədbirləri – “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi təşkil ediləcək.

1–3 iyun tarixlərində isə ilin ən mühüm və ən genişmiqyaslı tədbirlərindən biri olan “Baku Energy Week” (Bakı Enerji Həftəsi) keçiriləcək. Bakı Enerji Həftəsi çərçivəsində enerji sektorunun əsas istiqamətlərini əhatə edən beynəlxalq sərgilər və forum təşkil olunacaq. Tədbir enerji təhlükəsizliyi, enerji keçidi, bərpa olunan enerji mənbələri, neft-qaz sənayesində innovasiyalar və dayanıqlı inkişaf mövzularında qlobal dialoq üçün mühüm platforma rolunu oynayır.

“Baku Energy Week” çərçivəsində aşağıdakı tədbirlər baş tutacaq:

- “Caspian Oil & Gas” – 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (1–3 iyun)

- “Caspian Power” – 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi (1–3 iyun)

- “Baku Energy Forum” – 31-ci Bakı Enerji Forumu (1–2 iyun)

Bakı Enerji Həftəsi ilə eyni tarixlərdə - 1-3 iyunda “TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçiriləcək. 3 iyun tarixində isə bu sərgi çərçivəsində “TransLogistica Forum” təşkil olunacaq. Forum beynəlxalq daşımalar, tranzit marşrutları və logistika həlləri ilə bağlı aktual məsələlərin müzakirə edildiyi peşəkar platforma rolunu oynayacaq.

Payız mövsümü: strateji əhəmiyyətli sərgilər

30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” təşkil ediləcək. “ADEX”lə eyni tarixlərdə 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” da baş tutacaq.

14–16 oktyabr tarixlərində regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan “Caspian Construction Week” təşkil olunacaq. Tədbir çərçivəsində aşağıdakı sərgilər bir məkanda keçiriləcək:

- “BakuBuild” – 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi

- “Aquatherm Baku” – 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su Təchizatı və Santexnika Sərgisi

- “Rebuild Karabakh” – 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi

- “Plastex Caspian” – 5-ci Yubiley Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi

- “Road & Traffic” – 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi

Payız mövsümü 29–31 oktyabr tarixlərində keçiriləcək “Medinex” – 28-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi ilə yekunlaşacaq.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?