22 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat nazirinin müavini SPECA İqtisadi Forumunda iştirak edib

Türkmənistanın paytaxtı Aşqabad şəhərində BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində “Beynəlxalq Sülh və Etimad İli: Dayanıqlı İnkişaf naminə regional qarşılıqlı əlaqəlilik” mövzusunda SPECA İqtisadi Forumu keçirilib.

Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Mammetqulı Astanaqulovun sədrliliyi ilə keçirilən açılış sessiyasında BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katiblərinin videoformatda salamlama çıxışları səsləndirilib.

Forumda ölkəmizi iqtisadiyyat nazirinin müavini Rövnaq Abdullayev təmsil edib. Nazir müavini çıxışında SPECA İqtisadi Forumunun regionda sülh və etimada əsaslanan iqtisadi əməkdaşlığın, dayanıqlı inkişafın və qarşılıqlı əlaqəliliyin təşviqi baxımından əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiya və biznes mühitinin yaxşılaşdırılması, eləcə də rəqəmsallaşma istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Qeyd edilib ki, süni intellektin iqtisadiyyatda tətbiqi üzrə yol xəritəsi hazırlanır, beynəlxalq yükdaşımalar üçün Rəqəmsal Logistika Platforması artıq istifadəyə verilib.

Nazir müavini Azərbaycanın SPECA çərçivəsində, o cümlədən Orta Dəhliz və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə regional nəqliyyat və ticarət əlaqələrinin gücləndirilməsinə, həmçinin dayanıqlı inkişaf məqsədlərinə töhfə verdiyini diqqətə çatdırıb və əməkdaşlığın bundan sonra da dərinləşdiriləcəyinə əminliyini ifadə edib.

Tədbirdə SPECA-ya üzv olan digər dövlətlərin hökumət nümayəndələri - Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda, Qazaxıstan Respublikasının milli iqtisadiyyat nazirinin müavini Asan Darbayev, Qırğız Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Mederbek Tumanov, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Babaniyaz Yalakov, Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev iştirak ediblər.

Qeyd edək ki, 21–22 yanvar 2026-cı il tarixlərində Forum çərçivəsində Transxəzər regionunda və ondan kənarda enerji əlaqəliliyi, Avropa-Asiya nəqliyyat əlaqələrinin səmərəliliyinin artırılması və rəqəmsal ticarət-iqtisadi dəhlizlərin inkişafı mövzularında panel sessiyalar təşkil olunub.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?