31 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 60 faizə çatır

2025-ci il ərzində ölkəyə 1,428 milyard ABŞ dolları dəyərində 73,6 mindən çox hibrid avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin göstəricilərini dəyər ifadəsində 2,1 dəfə, say baxımından isə 2,8 dəfə üstələyir.

Hesabat dövründə idxal edilən hibrid avtomobillərin strukturunda HEV (Hybrid Electric Vehicle) tipli avtomobillərin payı 22,9 faiz, PHEV (Plug-in Hybrid Electric Vehicle) tipli avtomobillərin payı isə 77,1 faiz təşkil edib.

2025-ci il ərzində ölkəyə 360,2 milyon dollar dəyərində 16,8 mindən çox HEV avtomobilləri idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,1 faiz az, say baxımından isə 6,7 faiz çoxdur. Bununla yanaşı, 1,067 milyard dollarlıq 56,8 minə yaxın PHEV tipli avtomobillər idxal edilib. Bu, 2024-cü ilin göstəricilərini müvafiq olaraq 3,6 və 5,5 dəfə üstələyir.

Ümumilikdə 2025-ci il ərzində ölkəyə 2,386 milyard dollar (+29,4 faiz) dəyərində 123,3 mindən (+34,3 faiz) çox nəqliyyat vasitəsi idxal edilib. Hesabat dövründə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 59,7 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 31,2 faiz bəndi çoxdur.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?